Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıdakı dəhşətli qəzada ölən ailə üzvlərinin adları açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO
Hövsanda bir ailənin 3 üzvünün ölümünə səbəb olan qəza ilə bağlı cinayət işi başlanılıb.
APA xəbər verir ki, 1980-ci ildə təvəllüdlü Əliyəv Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə Hövsan qəsəbəsində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadalar 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızını, onun gəlini 1984-cü il təvəllüdlü Cavadova Samirə Xudayar qızını və sonuncunun qızı 2020-ci il təvəllüdlü Hüseynova Məryəm Nadir qızını vurub, nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

