23 
İyn
2023
09:48
45
182
7977
Virtual karabakh

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

23 İyn, 2023
09:48
7977

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb.

Bununla bağlı FHN məlumat yayıb.

Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib. Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri iştirak ediblər.

09:13

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə FHN-dən bildirilib.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədirlər.

Əlavə məlumat veriləcək.

Daha çox foto burada: PhotoStock.az

08:54

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə FHN-dən bildirilib.

Yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

08:53

Yasamal rayonunda binada baş verən yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri yanğınsöndürmə işlərini davam etdirir.

FHN verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğının söndürülməsi üçün xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanların tətbiq edilməsi ilə bütün zəruri tədbirlər görülür.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. 

07:57

Yasamal rayonunda bina yanır.

Oxu.Az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının damı yanır.

Dam örtüyündə başlayan yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib.

FHN-nin yanğısöndürən briqadaları əraziyə cəlb olunub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri