Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Baş direktor: “Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur”
“Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətində işlər aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub:
“Tərəfimizdən yeni xəritə üçün təklif verildi və işlər aparılır”.
İlhamə Əbülfət
Ən çox oxunanlar
Rəylər