Bakının Xətai rayonunda 8 yaşlı oğlan ehtiyatsızlıqdan hovuzda boğularaq xəstəxanaya yerləşdirilib.
APA xəbər verir ki, hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Bəşir Əfqan oğlu Şirinzadə hovuzda ehtiyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırırlar.
Rəylər