Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şəmkirdə Kür çayında batanların kimliyi dəqiqləşib - YENİLƏNİB
Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində batanların kimliyi bəlli olub.
“Report”un məlumatına görə, onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur.
Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
18:23
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Rəylər