Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Son iki ayda suda boğulma ilə bağlı 47 müraciət daxil olub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iyunun 3-dən avqustun 13-dək suda boğulma ilə bağlı ümumi 47 müraciət daxil olub.
Bu barədə TƏBİB məlumat yayıb.
Onlardan yeddi nəfərə yerində tibbi yardım göstərilib, 19 nəfəri hospitalizasiya olunub. 19 nəfər tibb müəssisəsinə çatdırılmadan vəfat edib.
Qeyd edək ki, hər gün dövlət nəzarəti olan 19 çimərlikdə təcili yardım briqadaları növbədə dayanır. Suda boğulan şəxslərə ilk tibbi yardım tədbirlərini həyata keçirmək üçün hər bir təchizat və təminat mövcuddur.
Tədqiqatlar göstərir ki, vaxtında və düzgün ilk yardım göstərməklə suda boğulanı həyata qaytarmaq mümkündür. Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90%-ni, altı-yeddi dəqiqədən sonra isə yalnız 1-3%-ni xilas etmək mümkündür. Boğulan şəxsi sudan çıxardıqdan sonra ilk tibbi yardım tədbirləri başlanmalıdır.
Su bərk yad cisim olmadığına görə tənəffüs yollarını tutmur. Ona görə də suda boğulma təhlükəsi ilə qarşılaşan insanın tənəffüs yollarına və mədəsinə yığılmış suyun xaric edilməsinə vaxt itirmək lazım deyil. Dərhal ürək-ağciyər reanimasiyası başlanmalı və Təcili Tibbi Yardım Xidmətinə müraciət edilməlidir. Zərərçəkəni arxası üstə uzadıb ağızdan iki uğurlu nəfəs vermək lazımdır. Sonra isə ürəyin qapalı masajı 1 dəqiqədə 120 təzyiq olmaqla icra edilməli və sonra yenə də iki dəfə tənəffüs verilməlidir. Bu hərəkətlər ən az beş dövr təkrarlanmalıdır.
"TƏBİB" teqi üzrə xəbərlər
- Beş ildən bir sertifikasiyadan keçən ESTETİK CƏRRAHLAR - Onların diplomları necə YOXLANILIR?
- Şəkərli diabet xəstələrinin dərman təminatı niyə kəsilib?
- Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR
- "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
- TƏBİB: "COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib"
Rəylər