26 
Avq
2023
22:57
137
237
7328
Virtual karabakh

Güclü leysan İsmayıllıda fəsadlar törədib: 250 başa yaxın heyvanı sel aparıb - YENİLƏNİB + FOTO/VİDEO

26 Avq, 2023
22:57
7328

Güclü leysan İsmayıllıda fəsadlar törədib: 250 başa yaxın heyvanı sel aparıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güclü leysan yağışları İsmayıllı rayonunun Mollaisaqlı kəndində fəsadlar törədib.

APA-nın Şirvan bürosu xəbər verir ki, yağan güclü yağış nəticəsində evlərə və təsərrüfatlara ciddi ziyan dəyib, xırda buynuzlu heyvanları sel aparıb, əkin sahələrinə, təsərrüfata ciddi ziyan dəyib.

Əraziyə texnikalar cəlb olunub. Hazırda kəndin işıq, qaz, su təchizatı dayandırılıb. Yağış davam edir, kəndə giriş məhdudlaşıb.

İlkin məlumatlara əsasən, 90 başa yaxın iribuynuzlu və 150 başdan çox xırdabuynuzlu heyvanı sel suları aparıb. Sel nəticəsində, kəndin içməli su təchizatına və digər sahələrə də ciddi ziyan dəyib.

20:23

İsmayıllda çaya sel gəlməsi səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər.

Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Raqif Elman oğlu Şirinov, 1981-ci il təvəllüdlü Cəlil Ağasif oğlu Bağıyev, 1981-ci il təvəllüdlü Etiram Niyazi oğlu Bağıyev və 1980-ci il təvəllüdlü Abuzər Qurban oğlu Şirinovu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri