19 
Okt
2023
00:50
315
11
4016
Virtual karabakh

Xankəndi məktəbi 34 illik köçkünlükdən sonra doğma şəhərinə qayıdır - VİDEO

19 Okt, 2023
00:50
4016

Xankəndi məktəbi 34 illik köçkünlükdən sonra doğma şəhərinə qayıdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Dövlət Bayrağını ucaltmasından sonra vaxtilə bu şəhərdən məcburi köçkün düşmüş əhali doğma torpaqlarına qayıtmağa hazırlaşır. 

Hazırda Bakının Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Xankəndi şəhər 4 nömrəli məktəb də 34 illik köçkün həyatından sonra yenidən öz şəhərinə qayıdacaq.

Təhsil TV sözügedən məktəblə bağlı süjet hazırlayıb. Süjetdə qeyd olunur ki, bu təhsil müəsisəsi 1945-ci ildə fəaliyyətə başlayıb. Lakin 1988-ci ildən 700 şagirdin təhsil aldığı, 60-dan çox müəllimin çalışdığı məktəb bağlanmaq məcburiyyətində qalıb. 25 illlik fasilədən sonra, 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində məktəbin fəaliyyəti bərpa edilib.

Həmin videomaterialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri