“Arzumuz irimiqyaslı animasiya filmi çəkməkdir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” Yaradıcılıq və Özünüinkişaf Mərkəzinin rejissoru Emin Mirabdullayev “Anima” animasiya studiyasının açılışı zamanı deyib.
Onun sözlərinə görə, gələcəkdə kursda şagirdlərə animasiyanın texnikasını öyrədəcək:
“Bu gün Ümumdünya Animasiya Günüdür. Bu gün “Nine Senses”də animasiya studiyası açırıq. Çox xoş günə təsadüf etdi. Kursda bizim gələcək şagirdlərimizə, dostlarımıza animasiya texnikasını öyrədəcəyəm. Animasiyanın sirlərindən danışacağam. Animasiya bir neçə sənəti özündə birləşdirir: dramaturgiya, heykəltaraşlıq, rəssamlıq. Şagirdlərimizin hətta səs duyumu, musiqi qavrayışı da olmalıdır”.
“Çox şad olardım ki, gənclərimiz bu sənətlə məşğul olsunlar. Xüsusi yaş kateqoriyası yoxdur. Bizim arzumuz irimiqyaslı animasiya filmi çəkməkdir. Ona doğru gedirik”, - deyə E.Mirabdullayev əlavə edib.
Daha çox şəkil burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər