AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin hazırladığı “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı çapdan çıxıb.
Bu barədə AMEA məlumat yayıb.
Qeyd edilib ki, kitabda şöbə əməkdaşlarının və institutun bəzi alimlərinin yazdıqları elmi məqalələr toplanıb.
Burada Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri ilə yanaşı, onların tarixi və etimologiyası barədə də maraqlı elmi faktlar var.
Rəylər