13 
Noy
2023
18:02
55
184
5048
Virtual karabakh

“Fond pulu” yığılan məktəbdə araşdırma aparılacaq - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + AUDİO

13 Noy, 2023
18:02
5048

“Fond pulu” yığılan məktəbdə araşdırma aparılacaq - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + AUDİO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 310 saylı orta məktəbdə “fond pulu”nun yığılması barədə araşdırma aparacaq”.

Bu barədə Oxu.Az-a idarədən bildirilib.

“Qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq. Araşdırmanın nəticələri barədə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.

16:04

Bakıda daha bir məktəbdə valideynlərdən yığılan “fond pulu” narazılıqlara səbəb olub. Söhbət Sabunçu rayonu 310 saylı orta məktəbin 5 E sinfindən gedir. Valideyn komitəsinin sədri “Whatsapp” mesencerində yaratdığı qrupda hər şagirddən 10 manat məbləğində pul tələb edir. Hər bir valideyni “fond pulu”nu verməyə məcbur edən komitə sədri yığılan vəsaitin printer üçün kağıza və xadiməyə veriləcəyini bildirir. 

Bu barədə Bizim.media-ya narazı valideynlər müraciət edib. Həmçinin faktla bağlı səs yazıları təqdim ediblər.

Səs yazısında “fond pulu” ilə yanaşı artıq geridə qalan Müəllimlər Günü ilə bağlı da hər şagirddən 30 manat pul yığıldığı qeyd olunur.

Valideynlərin bildirdiklərinə görə, məktəbdə vaxtaşırı pul yığılması hallarından təngə gəliblər. İddialarına görə, pulun yığılmasını məktəb rəhbərliyi tələb edir. 

Məsələ ilə bağlı 310 saylı məktəblə əlaqə yaratdıq. Məktəbin direktoru Rəsmiyə Quliyeva “fond pulu” və digər məsələlər üçün pul yığılmasından xəbərsiz olduğunu bildirib: 

“Mən heç bir sinifdən pul tələb etmirəm. Məktəbə heç nə lazım deyil. Nə lazımdırsa, var. Bu gün araşdıracağam, görüm nə məsələdir, niyə pul yığılır? Çünki biz valideynlərdən nə “fond pulu”, nə də başqa bir şey tələb edirik. Müəllimlərlə iclaslarda və valideynlərlə görüşlərdə də demişəm ki, məktəbdə printer və kseroks aparatları var, nə lazımdırsa, gəlin, həll edək”. 

Direktor əlavə edib ki, elə bu gün valideynlərdən pul tələb edən sinif rəhbəri barəsində tədbir görəcək.

Qeyd edək ki, sözügedən məktəbin adı bundan əvvəl başqa bir qalmaqalda da çəkilib. Belə ki, həmin məktəbin müəllimi Leyla Niyazovanın 4-cü sinif şagirdini döyməsi iddia edilib. 

 
İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri