Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ölkəyə yeni peyvəndlər gətirilib
Azərbaycan Səhiyyə Nazirliyi ölkəyə qrip əleyhinə peyvənd gətirib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Bu məqsədlə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib.
“Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir”, - deyə məlumatda qeyd olunur.
Könül Cəfərli
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrupu yaradılıb
- Gözəllik salonlarındakı qanunsuz PROSEDURLAR
- Səhiyyə Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxslərinin ev dustaqlığına buraxılması istənilib
- Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI
- Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxsi: "Çantamdan çıxan 30 min manat oğlumun idi"
Rəylər