21 
Dek
2023
15:54
136
67
1749
Virtual karabakh

Azərbaycanda qayınana və qayınatanın ailəyə müdaxiləsi məişət zorakılığı sayılacaq

21 Dek, 2023
15:54
1749

Azərbaycanda qayınana və qayınatanın ailəyə müdaxiləsi məişət zorakılığı sayılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məişət zorakılığında ərin yaxın qohumlarının qadınlara qarşı zorakılıq faktları müşahidə edilir”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna təklif edilən dəyişiklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edəcəkcə, bu, məişət zorakılığı hesab ediləcək.

Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün boşanmaların əsas səbəblərindən biri ailələrə edilən kənar müdaxilələrdir:

“Bəzən dövlət orqanları boşanmaq istəyən tərəfləri barışdırmaq istəsə də, sonda yaxşı effekt vermirdi. Bəzi ərazilərdə hətta səhəri gün qətl hadisələri törədilirdi”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri