Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
TƏBİB-dən qızılcadan dünyasını dəyişən şagirdlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda uşağın qızılcadan vəfat etməsi ilə bağlı açıqlama yayıb.
“Yanvarın 7-də saat 12:25-də 2015-ci il təvəllüdlü Ömər Heydərov ailə üzvləri tərəfindən tibb müəssisəsinə gətirilərkən onun həkiməqədər ölüm faktı qeydə alınıb”, - deyə qurumun məlumatında bildirilir.
10:20
Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.
Ö.Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.
Məktəbdən bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, son iki ayda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.
Mövzuya aid xəbərlər
- Altı yaşlı uşaq qızılcadan dünyasını dəyişib? - TƏBİB-dən AÇIQLAMA + YENİLƏNİB/VİDEO
- Azərbaycanda daha bir uşağın qızılcadan vəfat etməsi xəbərinə TƏBİB-dən açıqlama - YENİLƏNİB + VİDEO
- Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb - YENİLƏNİB + VİDEO
- İki yaşlı uşağın qızılcadan ölməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
- Qobustanda azyaşlı qızılcadan ölüb - FOTO/VİDEO
Rəylər