Fev
2024
17:08
15
161
1631
Virtual karabakh

Hövsanda çürümüş ağacın avtomobilin üstünə aşması nəticəsində xəsarət alan var? - YENİLƏNİB + VİDEO

6 Fev, 2024
17:08
1631

Hövsanda çürümüş ağacın avtomobilin üstünə aşması nəticəsində xəsarət alan var? - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonu Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində çürümüş ağacın avtomobilin üstünə aşması nəticəsində xəsarət alan olmayıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, hadisədən sonra qurumun əməkdaşları hadisə yerinə gəlib və ağacın aşması nəticəsində yaranan fəsadları aradan qaldırıblar.

15:38

Suraxanı rayonu Hövsan qəsəbəsində güclü külək nəticəsində İlqar Əhlimanov küçəsində çürümüş ağac avtomobilin üstünə aşıb.

Bu barədə Bizim.media-ya qəsəbə sakinləri məlumat veriblər. Sakinlərin dediklərinə görə, aşan ağac çoxdan çürüyübmüş. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Halbuki həmin ərazinin yaxınlığında iki məktəb yerləşir və hadisə baş verən küçə məktəblilərin istifadə etdiyi yoldur. Yəni hadisənin fəsadları ağır ola bilərdi.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilib.  

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri