20 
Fev
2024
14:13
160
486
15083
Virtual karabakh

Ombudsman məktəblilərin qeyri-etik görüntüsü ilə bağlı məsələni nəzarətə götürüb - YENİLƏNİB + VİDEO

20 Fev, 2024
14:13
15083

Ombudsman məktəblilərin qeyri-etik görüntüsü ilə bağlı məsələni nəzarətə götürüb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı yayılan videodakı zərərçəkənin valideynləri tərəfindən Ombudsman Aparatına müraciət daxil olmayıb. Buna baxmayaraq, məlumatın yayımlandığı ilk vaxtdan məsələ Ombudsmanın nəzarətinə götürülüb və aidiyyəti qurumlar qarşısında da məsələlər qaldırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

“Baş vermiş bu hadisə narahatedici və üzücü haldır. Bu cür halların baş verməsi, belə çəkilişlərin edilməsi ilə bağlı təəssüf hissi keçiririk. Təhsil müəssisələrində psixoloqlar tərəfindən psixoloji iş, məktəb-valideyn əlaqələri gücləndirilməli, valideynlər tərəfindən azyaşlıların təlim-tərbiyə prosesinə xüsusi diqqət göstərməlidir”, - deyə məlumatda qeyd edilib.

11:40

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir”, - o vurğulayıb.

10:04

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”.
 
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib.
 
O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır:
 
“Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.
 
Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlamasında paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələnin nəzarətə götürüldüyünü qeyd edib.
 
Xatırladaq ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz söz yazaraq onun başında yumurta qırır. Digəri isə qayçı ilə qızın saçını kəsir. 

Əldə etdiyimiz məlumata görə, görüntülərdə məktəbliyə qarşı ədəbsiz hərəkət edənlərdən biri hazırda sözügedən məktəbdə təhsil alır.

 
Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri