Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şirniyyat ustası: “Məhsulları ziyan etməyin, bişirə bilməyən bişirməsin” - FOTO/VİDEO
Xalqın ən sevimli, qədim, gözəl bayramı Novruz gəlir. Bayram süfrəsini ləziz təamlarla, xüsusən də Novruz şirniyyatı ilə bəzəmək dəyişilməz adətdir. İş-gücdən heç cür vaxt tapmayan adam da çalışır ki, masada ən azı şəkərbura-paxlava olsun.
Əvvəllər şəkərbura, paxlava, badambura, qoğal bişirənlər barmaqla sayılardı. Xanımlar nənələrindən qalan reseptləri göz bəbəyi kimi qoruyar, az qala, dövlət sirri kimi saxlayardılar. Ona görə də hər dəfə Novruz bayramı əsl yarışa çevrilərdi - kimin şəkərburası daha ağ, yumşaq, naxışı da sıx, zərif, itməyəndir, kimin paxlavası güzgü kimi parıldayır, ağızda əriyir, kimin badamburasının qatlarını saymaqla bitirmək olmur...
Oxu.Az-ın əməkdaşı şirniyyat ustası Elnarə Əmiraslanova ilə həmsöhbət olub. O, Novruz şirniyyatlarının düzgün hazırlanma qaydasından bəhs edib.
“Bəzən xanımlarımız bayram şirniyyatını evdə özləri hazırlamaq istəyirlər. Lakin istədikləri nəticəni ala bilmirlər. Buradan onlara səslənirəm ki, kişilərin əməyini zay etməyin. Bacarırsınızsa, bu işə qol qoyun, bacarmırsınızsa, etməyin. Ərzağa heyfim gəlir. Xahiş edirəm, ərzağı xarab etməyin”, - deyə müsahibimiz zarafatla bişirməyə həvəsi olmayanlara səslənib.
Sonra isə şəkərbura, paxlava və İrəvan kətəsinin hazırlanmasında vacib olan məqamları diqqətə çatdırıb:
Novruz şirniyyatlarından paxlava və şəkərburanın reseptlərini təqdim edirik:
Paxlava
Xəmir: 750 q un, 3 ədəd yumurtanın sarısı, yarım st. süd, 150 q yağ, 150 q xama, duz, bir paket vanil, 0,5 quru maya, 1 çay qaşığı şəkər tozu;
İçlik: 600 q qoz, 400 q şəkər tozu, 1 ç.q. hil;
Arasına: 350 q yağ;
Şirə: 2 st. şəkər tozu, 1 st. su, 1/4 ç.q. limon duzu;
Üzərinə: 2 ədəd yumurtanın sarısı, 1 ç.q. duru yağ, az miqdarda limon şirəsi və portağal rəngi.
Şəkərbura
Xəmir: 1 kq un, 400 q yağ, 360 q xama, 3 yumurta sarısı (kiçik olsa, 4), 1 paket vanil, 1 x.q. şəkər tozu, 1 çimdik duz, çay qaşığının ucunda maya (1 xörək qaşığı ilıq suda isladıb əlavə edirik);
İçlik: 1 kq fındıq ləpəsi, 800 q şəkər tozu, 1 xörək qaşığı hil.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər