Avq
2017
22:38
60
214
22413
Virtual karabakh

Güləş Federasiyasından Rəsul Çunayevlə bağlı – AÇIQLAMA

7 Avq, 2017
22:38
22413

Güləş Federasiyasından Rəsul Çunayevlə bağlı – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Güləş Federasiyasının Rəsul Çunayevlə, eləcə də digər güləşçilərlə heç bir problemi yoxdur. Hazırda hər şey qaydasındadır”.

Oxu.Az-ın xəbərinə görə, bunu AzVision.az-a federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

Onun sözlərinə görə, yığma komandanın sərbəst və yunan-Roma güləşi üzrə idmançıları hazırda dünya çempionatına hazırlıqla bağlı təlim- məşq toplanışındadırlar.

“Güləşçilərimiz məşqlərdə iştirak edirlər. Ayın 18-dən sonra dünya çempionatına yola düşəcəklər. Hazırda hər şey qaydasındadır. İdmançılarla heç problemimiz yoxdur”.

Mətbuat katibi güləşçi Rəsul Çunayevin dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. 

“Heyət hələ tam müəyyənləşməyib. Ona görə dəqiq məlumat verə bilmərəm. Böyük ehtimalla Çunayev dünya çempionatında iştirak edəcək. Hazırda o, təlim -məşq toplanışında iştirak edir”. 

Rəsul Çunayevin şəxsi məşqçisi İsmayıl Çopsiyev AzVision.az-a açıqlamasında tələbəsi ilə federasiya arasında münasibətlərin qaydasında olduğunu deyib.

“Çunayevlə Güləş Federasiyanın münasibəti qaydasındadır. Rəsul dünya çempionatına hazırlaşır. Hər gün məşqlərdə olur. Buna görə də başı qarışıqdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl başda Rəsul Çunayev olmaqla Azərbaycanın tanınmış güləşçiləri Güləş Federasiyasının idmançılara qarşı biganəliyinə etiraz etmişdilər. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri