12 
May
2018
15:26
137
171
6491
Virtual karabakh

Daha bir braziliyalı futbolçu “Qarabağ”dan gedir – FOTO

12 May, 2018
15:26
6491

Daha bir braziliyalı futbolçu “Qarabağ”dan gedir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü Pedro Enrike mövsüm başa çatdıqdan sonra Rişard Almeyda kimi Ağdam təmsilçisi ilə yollarını ayıracaq.

Oxu.Az xəbər verir ki, onun transferi üçün Yunanıstan klubuna müraciət edilməyəcək. Braziliyalı vinger bu gün sosial şəbəkə hesabında paylaşdığı statusla Ağdam klubuna təşəkkür edib:

“Birlikdə geridə qoymaq üzrə olduğumuz bu mövsümə görə “Qarabağ”a və bütün Azərbaycan xalqına təşəkkür edirəm. Həyatımın həlledici dönəmlərindən biri arxada qaldı. Birlikdə keçirdiyimiz bu doqquz ayı sevgi ilə xatırlayacağam.

Həmişə əlimdən gələnin ən yaxşısını ortaya qoymağa, var gücümlə oynamağa çalışmışam, çünki burda futbol oynamaq mənim üçün xoş idi və bu belə də qalacaq.

Özümü sizin qarşınızda borclu hiss edərək, ayrılıram. Mənə ağdamlılar üçün oynamaq imkanı yaratdığınız üçün hər zaman sizə minnətdar olacağam. Bütün futbolçulara, texniki heyətə, rəsmilərə və azarkeşlərimizə təşəkkür edir, hamınızı bağrıma basıram. Allah sizdən razı olsun”.

Qeyd edək ki, 27 yaşlı futbolçu Premyer Liqada 19 oyuna (1273 dəqiqə) üç qol vurub. Pedro Enrike Çempionlar Liqasının qrup mərhələsində dörd oyun keçirib və "Roma" ilə görüşdə “Qarabağ”ın bu turnirdəki ilk qolunu vurub.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri