23 
May
2018
13:52
136
20
4414
Virtual karabakh

“Arsenal”ın yeni baş məşqçisi məlum oldu – RƏSMİ

23 May, 2018
13:52
4414

“Arsenal”ın yeni baş məşqçisi məlum oldu – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Arsenal” klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Oxu.Az xəbər verir ki, London təmsilçisi rəsmən ispaniyalı Unai Emeriyə tapşırılıb. 

46 yaşlı mütəxəssis ilə üçillik müqavilə imzalanıb. Milliyyətcə bask olan məşqçi ilinə beş milyon funt sterlinq qazanacaq.

Emeri özü təyinatı haqda bunları bildirib:

“Böyük klublardan birinə keçdiyim üçün çox şadam. “Arsenal” bütün dünyada öz oyun üslubu, gənc oyunçulara üstünlük verməsi, möhtəşəm stadionu ilə tanınır və sevilir. Çox şadam ki, “Arsenal”ın tarixində bu mühüm yeni bölməyə başlamaq məsuliyyəti mənə verildi. Mən Sten və Coş Kroenke ilə görüşdüm. Məlum oldu ki, onların klub üçün böyük hədəfləri var və gələcəkdə uğura nail olmaq istəyirlər. Ona görə çox şadam ki, biz “Arsenal”ı sevən, onunla xatirələri olan hər kəslə birgə hər şeyə nail ola bilərik. Bu anı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Emeri İspaniyada “Lorka Deportiva”, “Almeria”, “Valensia”, “Sevilya”, Rusiyada Moskva “Spartak”ını, Fransada PSJ-ni çalışdırıb. başa çatan mövsümdə PSJ komandası ilə Fransa çempionu olub.

O, “Sevilya”nın tarixinə üç dəfə Avropa Liqasını qazanan baş məşqçi kimi düşüb. Başa çatan mövsümdə PSJ-ni ölkə çempionu edən Unai Emeri bu komandaya iki dəfə Fransa kuboku və iki dəfə də Liqa kubokunu qazandırıb. Emeri Avropada 2013/14 mövsümünün məşqçisi seçilib.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri