23 
May
2018
14:20
63
313
7841
Virtual karabakh

Şehiç “Qarabağ”dan gedir

23 May, 2018
14:20
7841

Şehiç “Qarabağ”dan gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın daha bir legioneri klubdan ayrılıb.

Oxu.Az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, bu, qapıçı İbrahim Şehiçdir.

Onun müqaviləsi başa çatır. Bosniya və Herseqovina millisinin qolkiperi yeni müqavilə şərtləri ilə razılaşmayıb və komandanı tərk etmək qərarı verib.

Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiq etməsə də, təkzib də etməyib:

“Bizdə bir çox futbolçuların klubla müqavilələri başa çatıb. İbrahim də həmin futbolçular arasındadır”.

Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ilin oktyabrından “Qarabağ”da çıxış edirdi. “Qarabağ”ın digər qapıçısı ukraynalı Anton Kanibolotskidir.

Xatırladaq ki, “Qarabağ”dan ayrılması dəqiqləşmiş digər futbolçular Rişard Almeyda, Pedro Enrike, Əfran İsmayılov və Rahid Əmirquliyevdir.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri