Dek
2018
10:21
16
154
8793
Virtual karabakh

Məşhur futbolçudan gənc oyunçuya qarşı inanılmaz kobudluq - VİDEO

6 Dek, 2018
10:21
8793

Məşhur futbolçudan gənc oyunçuya qarşı inanılmaz kobudluq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının XV turunun mərkəzi oyunu olan “Mançester Yunayted” – “Arsenal” görüşü bol qollu (2:2) olması ilə yanaşı, gərginliyi ilə seçilib.

Oxu.Az xəbər verir ki, 87-ci dəqiqədə “Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Felaininin rəqibin fransalı oyunçusu Mateo Qenduziyə qarşı hərəkəti görənləri şoka salıb.

Belə ki, Belçika millisinin Mərakeş əsilli futbolçusu 19 yaşlı Qenduziyə sürətdə uduzduğundan, onun saçından tutub çəkməli olub. Maraqlıdır ki, görüşün baş hakimi Andre Mariner oyunu saxlasa da, ona heç bir sarı vərəqə verməyib.

Qeyd edək ki, Maruan Felaini son günlərədək Mateo Qenduzi kimi, pırpız saçları ilə məşhur olub. O, noyabrın 22-də 31 yaşının tamam olması münasibətilə saçlarını kəsdirib.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri