Yan
2019
00:58
21
94
5522
Virtual karabakh

“Arsenal”ın sabiq hücumçusunun “ev dustaqlığı” - FOTO

5 Yan, 2019
00:58
5522

“Arsenal”ın sabiq hücumçusunun “ev dustaqlığı” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arsenal”ın sabiq forvardı Niklas Bendtner 2018-ci ilin sentyabr ayında taksi sürücüsünə hücum etdiyinə görə “ev dustaqlığı”na məhkum edilib.

Oxu.Az xəbər verir ki, bu barədə futbolçu özünün “Instagram” səhifəsində yazıb.

Otuz yaşlı forvard ayağına bərkidilmiş elektron qolbağının fotosunu paylaşıb. Bendtner məhkəmənin qərarı ilə razı olmadığını desə də, apellyasiya şikayəti verməyəcəyini bildirib.

Məhkəmənin qərarına əsasən, danimarkalı futbolçu 50 gün “ev dustağı” olacaq.

Qeyd edək ki, hazırda Bendtner Norveçin “Rusenborq” klubunda çıxış edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri