İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Sesk Fabreqas “Monako”ya keçib.
Oxu.Az xəbər verir ki, futbolçu “Monako”dan 10 milyon avrodan çox bonus alacaq.
Qeyd edək ki, Fransesk Fabreqas 2014-cü ildən “Çelsi”də çıxış edib. Komandanın heyətində o, İngiltərə Premyer Liqasında 138 oyunda meydana çıxıb və 15 qol vurub.