25 
İyl
2014
10:53
41
22
3395
Virtual karabakh

“Formula-1” yarışlarının Azərbaycanda keçiriləcəyi tarix dəqiqləşdi

25 İyl, 2014
10:53
3395

“Formula-1” yarışlarının Azərbaycanda keçiriləcəyi tarix dəqiqləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yarışların sayı həmin mövsümündə 20-dən çox olacaq.

“Formula-1” yarışlarının “Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçiriləcəyi dəqiqləşib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Forbes” jurnalın verdiyi məlumata görə, bu barədə “Formula-1” yarışlarının rəhbəri Bernard Ekklstoun bildirib.

B. Ekklistoun deyib ki, “Qran-pri” mərhələlərindən biri Azərbaycanda 2015-ci ildə keçirilsəydi, yarışların sayı həmin mövsümündə 20-dən çox olacaqdı: “Bu isə təqvimin həddindən artıq uzanmasına gətirib çıxaracaqdı. Təqvimin uzanması aparıcı komandaların narazılığına səbəb ola bilərdi. Odur ki, biz “Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçirilməsinə qərar verdik”.

Qeyd edək ki, bundan əvvəl yarışmanın 2015-ci ildə keçirilməsi planlaşdırılırdı. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri