30 
Yan
2020
17:20
366
60
6209
Virtual karabakh

200 milyon izləyicisi olan Ronaldu “Instagram”dan 43 milyon avro qazanır - FOTO

30 Yan, 2020
17:20
6209

200 milyon izləyicisi olan Ronaldu “Instagram”dan 43 milyon avro qazanır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” komandasının hücumçusu, dünya şöhrətli 34 yaşlı dörd uşaq atası, portuqaliyalı futbolçu Kriştianu Ronaldunun sosial şəbəkə paylaşımları üzərindən qazandığı pulların məbləği açıqlanıb. 

Oxu.Az xəbər verir ki, “Yuventus”dakı maaşı 30 milyon avro olan Ronaldu hər il sosial media hesabından təxminən 43 milyon avro qazanır. Ötən gün isə ulduz futbolçu daha bir dünya rekorduna imza atıb. Belə ki, onun “Instagram” səhifəsinin izləyiciləri 200 milyona çatıb.

“200 milyon olduq! Bu yolu mənimlə bölüşdüyü üçün hər kəsə təşəkkür edirəm” – dəyə K.Ronaldu izləyicilərinə minnətdarlığını bildirib.

Reytinqdə növbəti pillələrdə 173 və 169 milyon izləyicisi olan müğənnilər Ariana Qrande və Dueyn Conson durur. Sonrakı yerlərdə isə Selena Qomezdir. Ronaldunun futbol sahəsindəki rəqibi Lionel Messini isə 141 milyon insanı izləyir.

 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri