30 
İyl
2021
12:48
261
77
4052
Virtual karabakh

Mikayıl Cabbarova təyyarədə “Qarabağ” forması təqdim olundu - FOTO

30 İyl, 2021
12:48
4052

Mikayıl Cabbarova təyyarədə “Qarabağ” forması təqdim olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov “Qarabağ”ın İsrailin Aşdod şəhərində Avropa Konfrans Liqasının III təsnifat mərhələsində keçirdiyi görüşü izləyib.

Oxu.Az xəbər verir ki, təyyarədə olarkən nazirə klub tərəfindən forma təqdim olunub.

Orxan Məmmədov oyundan sonra paylaşım edib:

“Qarabağ” FK-nın ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq “Aşdod”la oyunu izləməyə fürsətimiz oldu. “Qarabağ” kollektivini növbəti mərhələyə çıxması münasibəti ilə təbrik edirəm!”

Qeyd edək ki, Mikayıl Cabbarov İsraildə rəhbəri olduğu “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə İsrailin “OurCrowd” şirkəti arasında Anlaşma Memorandumu imzalayıb. Həmçinin bu şəxslər Təl-Əvivdə Azərbaycan Respublikasının Ticarət və Turizm Nümayəndəliklərinin açılışında iştirak ediblər.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri