Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Poqbanın evi qarət edildi
“Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqbanın evi qarət edilib.
Hadisə Çempionlar Liqasının 1/8 finalında “Atletiko”ya qarşı keçirilən oyun vaxtına təsadüf edib.
Bu barədə futbolçu öz “Twitter” səhifəsində məlumat yayıb.
29 yaşlı futbolçu bildirib ki, oğrular basqını həyata keçirərkən evdə onun övladları olub:
“Soyğunçuların bizim evdən oğurladıqları yeganə qiymətli şey təhlükəsizlik hissimizdir... Bir ata olaraq, bu dünyada uşaqlarını qorumağa ehtiyac olan vaxt onların yanında ola bilməmək ən pis hissdir”, - Pol Poqba yazıb.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted” cavab oyununda “Old Trafford”da “Atletiko” 0:1 hesabı ilə uduzaraq turnirdən kənarda qalıb.
"Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- "Atletiko Madrid" 74 illik seriyanı təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan daha iki komanda bəlli olub
- Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi
Rəylər