18 
May
2022
10:54
121
15
1259
Virtual karabakh

Avropa çempionatında iştirak edəcək idmançılarımız bilindi: Rafael Ağayev karateyə qayıdır

18 May, 2022
10:54
1259

Avropa çempionatında iştirak edəcək idmançılarımız bilindi: Rafael Ağayev karateyə qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Qaziantep şəhərində keçiriləcək karate üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın sayı və kimliyi bilinib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 17 karateçi bu yarışda Azərbaycanı təmsil edəcək.

Onbirqat Avropa çempionu Rafael Ağayev noyabrda Dubayda keçirilmiş dünya çempionatından sonra karateyə qayıdışını bu yarışda gerçəkləşdirəcək.

Kişilər (kumite): Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (+84 kq)

Qadınlar (kumite): İnci Əzizova (-50 kq), Mədinə Sadıqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)

Kişi komandası (kumite): Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov, Ayxan Mamayev

Qadın komandası (kumite): Fəridə Əliyeva, Ayla Rzazadə, Mədinə Sadıqova, İrina Zaretskaya

Kata: Roman Heydərov

Kişi kata komandası: Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev

Qeyd edək ki, Avropa çempionatı 25-29 may tarixlərində keçiriləcək. Bu yarışda 45 ölkənin 510 karateçisi medallar üçün mübarizə aparacaq.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri