17 
Avq
2022
11:52
224
47
4612
Virtual karabakh

İlon Mask “Mançester Yunayted”i alması barədə iddialara cavab verdi - YENİLƏNİB + FOTO

17 Avq, 2022
11:52
4612

İlon Mask “Mançester Yunayted”i alması barədə iddialara cavab verdi - YENİLƏNİB + FOTO

Amerikalı sahibkar, milyarder və “Tesla” şirkətinin baş direktoru İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq planları ilə bağlı məlumatları təkzib edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Xeyr, bu “Twitter”də köhnə zarafatdır”, - deyə Mask futbol klubu almaqda ciddi olub-olmadığı sualına cavablandırarkən bildirib.

O, həmçinin əlavə edib ki, ümumiyyətlə heç bir idman klubunu almaq fikrində deyil.

09:46

Milyarder İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu satın alır.

Bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Mançester Yunayted”i satın alıram, xoş gəlmisiniz”, - deyə biznesmen bildirib.

Hazırda klubdan heç bir şərh yoxdur.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) də sövdələşməni təsdiqləməyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri