Okt
2022
00:10
101
330
8252
Virtual karabakh

FİFA Mahir Emrelini cəzalandırdı, klubu açıqlama yaydı - YENİLƏNİB

7 Okt, 2022
00:10
8252

FİFA Mahir Emrelini cəzalandırdı, klubu açıqlama yaydı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu futbolçusu Mahir Emreli ilə bağlı açıqlama yayıb.

“Report”un məlumatına görə, Zaqreb təmsilçisi 25 yaşlı hücumçunun FIFA tərəfindən cəzalandırıldığını təsdiqləyib.

Klubdan bildirilib ki, ali futbol qurumunun qərarı oktyabrın 5-də Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılıb:

“Dinamo” bu məsələdə bitərəfdir. Futbolçunun bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək”.

Qeyd edək ki, FIFA “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrleinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.

20:30

FIFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.

Bu barədə 25 yaşlı hücumçunun sabiq klubu olan Polşa “Legiya”sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

Həmçinin FİFA Futbol Tribunalı Emrelinin “Legiya”ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri