Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Arsenal”ın keçmiş müdafiəçisi bıçaqlandı
“Monza”da icarə əsasında çıxış edən “Arsenal”ın müdafiəçisi Pablo Mari bıçaqlanıb.
Hadisə Milan ətrafında yerləşən “Assaqo” ticarət mərkəzində baş verib.
Psixi xəstə olduğu güman edilən 46 yaşlı kişi supermarketin rəfindən bıçaq götürərək müştərilərə hücum edib və onlardan ən azı ikisini ağır yaralayıb.
Təcavüzkar ziyarətçilər tərəfindən zərərsizləşdirlib.
Ümumilikdə 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Supermarketin kassiri olan bir nəfər isə yolda dünyasını dəyişib.
Məlumata görə, futbolçunun huşu yerindədir. Onu artıq “Monza”nın baş direktoru Adriano Qalliani və məşqçi Raffaele Palladino ziyarət ediblər.
Mənbə: sports.ru
"AC Milan" teqi üzrə xəbərlər
- Santyaqo Ximenes UEFA Çempionlar Liqasında ilkə imza atıb
- ÇL-in pley-off mərhələsinin ilk cavab oyunlarının ƏN YAXŞILARI - Türkiyəli futbolçu da var
- UEFA Çempionlar Liqası: Pley-offdan 1/8 finala çıxan ilk komanda bəlli oldu
- UEFA Çempionlar Liqası: Səkkizdəbir finala yüksələcək daha dörd komanda bəlli olacaq
- CFI şirkətindən misli görünməyən rekord: Ticarət həcmi 1.12 trilyon dolları ötdü