Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Komaya düşən Anatoli Karpovdan yeni xəbər var
Oktyabrın 29-da ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən və koma vəziyyətinə şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpovun vəziyyəti xeyli yaxşılaşıb.
Bu barədə onun həyat yoldaşı Natalya Bulanova məlumat verib.
N. Bulanova vurğulayıb ki, 71 yaşlı qrossmeyster hər hansı halsızlıq əlamətləri hiss etmir və evə buraxılmağa hazırdır:
“Həkimlər deyirlər ki, hələ tezdir, bir qədər də uzanıb dincəlməlidir. Yəqin ki, həftənin sonuna kimi evə buraxılacaq”.
Xatırladaq ki, 71 yaşlı şahmatçı oktyabrın 29-da Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılıb. Xəstəxanaya gətirilərkən alkoqolun güclü təsiri altında olan qrosmeysterə qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Travmaları ağır olduğundan Karpov süni koma vəziyyətinə salınıb.
Mənbə: İzvestiya