Müdafiəçi Jerar Pike “Barselona”dan ayrılaraq karyerasını bitirmək niyyətində olduğunu açıqlayıb.
“Son həftələr, aylar çoxları mənim haqqımda danışır. Amma indiyə qədər cavab verməmişəm. Amma indi danışacam. Bir çoxlarınız kimi mən də həmişə “Barsa” azarkeşi olmuşam. Mən futbol və “Barselona” azarkeşləri ailəsində doğulmuşam. Kiçik olanda futbolçu yox, məhz “Barsa” oyunçusu olmaq istəmişəm”, - deyə o, bildirib.
Futbolçunun sözlərinə görə, o, karyerasında bütün mümkün nailiyyətləri əldə edib və artıq çıxışını başa vurmağın vaxtı çatıb.
“Şənbə günü keçiriləcək matç mənim “Camp Nou”dakı sonuncu oyunum olacaq. Daimi azarkeş olacam, komandanı dəstəkləyəcəm. Valideynlərim kimi mən də “Barsa”ya olan sevgimi övladlarıma ötürəcəm”, - deyə o, bəyan edib.
Mənbə: sports.ru
Rəylər