Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gimnastika millimizin üzvləri: “Uğur dünəndə qalıb, gələcəyi düşünmək lazımdır” - FOTO
Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanan Azərbaycan qrup hərəkətləri komandasının mətbuat konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina mətbuat konfransında fikirlərini bildiriblər.
Onlar Azərbaycanda keçirilən Avropa çempionatında uğur qazanmağın çox xoş olduğunu bildiriblər.
Gimnastlarımızın sözlərinə görə, nəticəni komanda şəklində əldə ediblər və hər zaman bir-birlərinə dəstək olurlar.
Millinin məşqçiləri - Siyana Vasileva, Yevgeniya Vilyayeva və Kamil Quliyev də öz növbələrində yığmanın uğurunu dəyərləndiriblər. İdmançıların və məşqçi heyətinin sözlərinə görə, artıq bu uğur dünəndə qalıb və gələcəyi düşünməlidirlər.
Qeyd edək ki, Azərbaycan gimnastika tarixində qrup komandamızın Avropa çempionatında qazandığı ilk qızıl medaldır.
Daha çox foto burada: PhotoStock.az
Faiq Tahirov