31 
May
2023
17:28
165
19
2779
Virtual karabakh

“Qalatasaray”ın ulduzu sabiq “Fənərbağça”lının verdiyi sözə əməl etməsini istəyir - FOTO

31 May, 2023
17:28
2779

“Qalatasaray”ın ulduzu sabiq “Fənərbağça”lının verdiyi sözə əməl etməsini istəyir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi mövsümün əvvəlində “İkardi 20 qol vursa, saçımı sarı-qırmızı rəngləyəcəm” deyən “Fənərbağça”nın keçmiş kapitanı Ümit Özatla bağlı paylaşım edib.

“Ümitin sözünü yerinə yetirəcəyinə ümid edirəm. Bütün azarkeşlərimiz və mən səni sarı-qırmızı saçla görməyi gözləyirik”, - argentinalı hücumçu “Instagram”da yazıb.

Qeyd edək ki, “Ankaragücü”yə qarşı dünən baş tutan və “Qalatasaray”ın 4:1 hesablı qələbə qazandığı matçda dubla imza atan Mauro İkardi mövsümdə qollarının sayını 21-ə çatdırıb. Bundan sonra sosial şəbəkələrdə “Qalatasaray” azarkeşləri Ümit Özatdan sözünü yerinə yetirməyi tələb ediblər.

Mənbə: NTV Spor

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri