Stolüstü tennisçilərimiz Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində daha iki mükafat qazanıblar.
Yarışın ikinci günündə mübarizəyə qatılan Aylin Əsgərova fəxri kürsünün birinci, Adil Əhmədzadə isə ikinci pilləsinə yüksəlib.
Xatırladaq ki, yarışın ilk günündə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxıblar.
Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

12:52
Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində mübarizəyə uğurla start veriblər.
“Report”un məlumatına görə, yarışın ilk günündə milli komandanın hesabına iki medal yazılıb.
13 yaşadək idmançılar arasında bacarığını göstərən Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxıblar.
Xatırladaq ki, komanda Riqaya 11 idmançı ilə yollanıb. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

