Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Yuventus” “Leççe”ni məğlub edərək A Seriyasının turnir cədvəlinə müvəqqəti başçılıq edir - VİDEO
İtaliya A Seriyasının 21-ci turunun “Leççe” – “Yuventus” matçı başa çatdı. Komandalar Leççedəki (İtaliya) “Via Del Mare” stadionunda qarşılaşıblar.
Oxu.az xəbər verir ki, qarşılaşmanı Daniel Doverinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Hakimin start fiti Bakı vaxtı ilə saat 00:45-də səslənib. “Yuventus” rəqibini asanlıqla məğlub etməyi bacarıb - 3:0.
Qeyd edək ki, komandaların qol vurması xeyli vaxt aparıb. “Yuventus” yalnız 59-cu dəqiqədə hesabda önə keçib - hücumçu Duşan Vlahoviç fərqlənib. Daha doqquz dəqiqədən sonra serbiyalı futbolçu dubla imza atıb. Mərkəz müdafiəçisi Bremer 85-ci dəqiqədə Samuel Aylinqin ötürməsindən qol vuraraq matçaı başa vuruv - 3:0.
Bu gün keçirilən oyunun nəticəsinə görə, “Yuventus” A Seriyasının turnir cədvəlində müvəqqəti olaraq birinci yeri tutub. Masimiliano Alleqrinin yetirmələri 21 turda 52 xal toplayıblar. Turinlilər 1 oyun daha keçirərək “İnter”i 1 xal qabaqlayırlar. “Leççe” isə öz növbəsində 21 görüşdən sonra 21 xalla 14-cü pillədə qərarlaşıb.
"İtaliya" teqi üzrə xəbərlər
- 2025-ci il UEFA Superkubokunun keçiriləcəyi şəhər açıqlanıb
- İtaliyada xizək yolunda görünən canavar sürüsü turistləri qorxutdu
- Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb
- SOCAR İtaliya bankından maliyyə vəsaiti cəlb edir
- İtaliyada dünyada ilk dəfə işləyən ürəyin transplantasiyası həyata keçirilib
Rəylər