28 
Fev
2024
02:03
65
21
2754
Virtual karabakh

İngiltərə Kuboku: Holanddan beş qol, De Brüynedən dörd asist, “Mançester Siti” 1/4-də - VİDEO

28 Fev, 2024
02:03
2754

İngiltərə Kuboku: Holanddan beş qol, De Brüynedən dörd asist, “Mançester Siti” 1/4-də - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Turnirin son qalibi “Mançester Siti” “Luton Taun”un qonağı olub.

“Şəhərlilər” rəqiblərinə şans verməyiblər. Erlinq Holand matçda penta-trikə (3, 18, 40, 55, 58) imza atıb. Maraqlıdır ki, o, ilk dörd qolu De Brüynenin ötürməsindən sonra vurub. Həmçinin, qonaqların heyətində Kovaçiç (72) fərqlənib. Ev sahibləri bu qollara Klarkın dublu (45, 52) ilə cavab veriblər - 2:6.

Beləliklə də, “Mançester Siti” İngiltərə Kubokunun 1/4 final mərhələsinə darmadağınla çıxıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri