Mar
2024
00:20
46
20
2683
Virtual karabakh

“Formula-1” Bəhreyn Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu

2 Mar, 2024
00:20
2683

“Formula-1” Bəhreyn Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının birinci mərhələsi olan Bəhreyn Qran-prisinin təsnifat mərhələsində birincilik qazanıb.

Qeyd edək ki, mərhələ ölkənin Saxir avtodromunda keçirilir.

Ferstappen ən yaxşı dövrəsini 1 dəqiqə 29,179 saniyəyə qət edib. İkinci yeri “Ferrari”dən moneqask Şarl Lekler (geridə qalma 0,228 saniyə) tutub. İlk üçlüyü “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell (+0,306) tamamlayıb.

Xatırladaq ki, yarış şənbə günü, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri