21 
Fev
2024
20:40
25
55
2883
Virtual karabakh

Maks Ferstappen Bəhreyndə “Formula-1”in mövsümöncəsi testlərin ilk günündə lider olub - YENİLƏNİB + FOTO/VİDEO

21 Fev, 2024
20:40
2883

Maks Ferstappen Bəhreyndə “Formula-1”in mövsümöncəsi testlərin ilk günündə lider olub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəhreyndə “Formula-1” üzrə mövsümöncəsi testlərin ilk gününün axşam sessiyası başa çatıb.

Ən yaxşı nəticəni üçqat dünya çempionu və “Red Bull” komandasının pilotu, niderlandlı Maks Ferstappen göstərib. Nahar fasiləsindən sonra daha 76 dövrə vuran Maks ən yaxşı dövrəsini 1 dəqiqə 31,344 saniyəyə qət edib.

Nahardan sonra trekin vəziyyəti yaxşılaşıb və sürətlər artıb. Ona görə də protokollarda sonrakı yerləri komanda yoldaşlarını sükan arxasında əvəz edən sürücülər tutublar. Belə ki, “Maklaren” komandasının britaniyalı sürücüsü Lando Norris ikinci olub. İlk üçlüyü isə “Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns tamamlayıb.

Qeyd edək ki, Saxir qəsəbəsindəki Beynəlxalq Avtodromda başlayan testlər sabah Bakı vaxtı ilə saat 11:00-dan davam edəcək

Bəhreyndə “Formula-1”in mövsümöncəsi testləri. Birinci gün:

16:06

Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen Bəhreyndə keçirilən “Formula-1” testlərinin ilk gününün birinci hissəsində ən yaxşı nəticə göstərib. Niderlandlı sürücü trekdə 66 dövrə vurub və ən yaxşı dövrəsini 1 dəqiqə 32,548 saniyəyə qət edib.

Qeyd edək ki, Saxir qəsəbəsindəki Beynəlxalq Avtodromda başlayan testlər üç gün davam edəcək. 

Nahar fasiləsinə qədər baş tutan ilk hissədə “Ferrari”ni təmsil edən Şarl Lekler ikinci olub. İlk üçlüyü “Aston Martin”dən Fernando Alonso tamamlayıb.

Birsaatlıq nahar fasiləsindən sonra testlər davam edəcək. Bəzi komandalarda sükan arxasına ikinci sürücülər keçəcəklər.

Bəhreyndə “Formula-1”in mövsümöncəsi testləri. Səhər sessiyası:

1. Maks Ferstappen (“Red Bull”) - 1:32,548 (66 dövrə).

2. Şarl Lekler  (“Ferrari”) - +0,699 (64).

3. Fernando Alonso (“Aston Martin”) - +0,837 (77).

4. Oskar Piastri (“Maklaren”) - +1,110 (56).

5. Yuki Tsunoda (“Visa RB”) - +1,588 (64).

6. Corc Rassell (“Mersedes”) - +1,682 (47).

7. Valtteri Bottas (“Steyk”)-  +1,883 (68).

8. Aleksander Albon (“Uilyams”) - +2,039 (40).

9. Esteban Okon (“Alpin”) - +2,129 (60).

10. Kevin Maqnussen (“Haas”) - +3,144 (66).

Mənbə: Championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri