Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
AVRO-2024: Rumıniya Ukraynanı məğlub edib
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.
Oxu.Az xəbər verir ki, E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.
Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib - 3:0.
26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə Denis Draquş fərqləniblər.
E qrupunun Belçika - Slovakiya görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
Futbol üzrə Avropa çempionatında bu gün keçiriləcək qarşılaşmalardan biri artıq start götürüb.
Oxu.Az xəbər verir ki, E qrupunda Rumıniya və Ukrayna milliləri üz-üzə gəlirlər.
Qarşılaşma "Allianz Arena"da keçirilir.
Avropa çempionatının dördüncü günündə D və E qrupunda mübarizə aparan komandalar güclərini sınayacaqlar.
Oxu.Az xəbər verir ki, günün ən maraqlı görüşündə Avstriya seçməsi Fransa ilə qarşılaşacaq. Gecənin digər matçlarında isə Belçika Slovakiya, Rumıniya isə Ukrayna ilə üz-üzə gələcək.
17 iyun
D qrupu
Avstriya-Fransa
Saat 23:00 - "Düsseldorf Arena"
E qrupu
Rumıniya-Ukrayna
Saat 17:00 - "Allianz Arena"
Belçika-Slovakiya
Saat 20:00 - "Frankfurt Arena"
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Rəylər