"Liverpul"un sabiq baş məşqçisi Yurgen Kloppa qarşı təhqiramiz ifadələr işlədərək diskvalifikasiya olunan hakim Devid Kutun yeni işi məlum olub.
Oxu.Az xəbər verir ki, idmandan uzaq düşən ədalət təmsilçisi kuryerlik etməyə başlayıb.
Ötən ilin noyabrında Kutun "Liverpul"in keçmiş baş məşqçisi Yurgen Klopp barədə təhqiramiz ifadələr işlətdiyi video yayılıb. Nəticədə Devid İngiltərə Peşəkar Futbol Hakimləri Assosiasiyasından kənarlaşdırılıb və ardınca UEFA araşdırmalara başlayıb. Ədalət təmsilçisi UEFA tərəfindən 18 ay müddətinə cəzalandırılıb. Onun AVRO-2024 zamanı qadağan olunmuş preparatlardan istifadə etməsi də sübut olunub.
Qeyd edək ki, Kut 2026-cı ilin yayına qədər hakimlikdən kənarlaşdırılıb.