23 
Fev
2024
23:02
53
28
2648
Virtual karabakh

“Formula-1”in Bəhreyn testlərinin son günündə Şarl Lekler ən sürətli oldu - YENİLƏNİB + FOTO

23 Fev, 2024
23:02
2648

“Formula-1”in Bəhreyn testlərinin son günündə Şarl Lekler ən sürətli oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəhreyndə “Formula-1” üzrə dünya çempionatının mövsümöncəsi testlərinin son günü başa çatıb.

Bu gün sürücülər həm yarışı, həm də sıralanma turunu simulyasiya ediblər, qısa və uzun dövrələr seriyasında təkərlərin effektivliyini dəyərləndiriblər.

Ən yaxşı nəticəni “Ferrari”nin pilotu Şarl Lekler göstərib. Moneqask sürücü yumşaq C4 təkərlərlə bir dövrəni 1 dəqiqə 30,322 saniyəyə qət edib.

Protokolun ikinci sətrində “Mersedes”in britaniyalı sürücüsü Corc Rassell qərarlaşıb. İlk üçlüyü isə “Steyk” komandasından çinli Quanyu Çjou tamamlayıb.

Qeyd edək ki, üçqat dünya çempionu Maks Ferstappen dördüncü olub, amma ilk üçlükdən fərqli olaraq niderlandlı sürücü daha sərt C3 təkərləri ilə işləyib.

Bəhreyndə “Formula-1”in mövsümöncəsi testlərin son günü. Axşam sessiyası: 

16:38

“Formula-1”in Bəhreyndə mövsümöncəsi testlərinin səhər və axşam sessiyaları arasındakı fasiləni ləğv etmək qərara alınıb. Hazırda testlər davam edir.

Qərara səbəb bu səhər 11-ci döngədə drenaj qapağının zədələnməsi və buna görə testlərin qırmızı bayraqla dayandırılmasıdır.

Testlərin yenidən startından sonra komandalar trasda fasiləsiz düz 7,5 saat vaxt keçirəcəklər.

Qeyd edək ki, analoji problem dünən, fevralın 22-də də baş vermişdi - elə həmin yerdə drenaj qapağı qopmuşdu, bu səbəbdən testlər qırmızı bayraqlarla dayandırılmış və səhər sessiyası bir saat qısaldılmışdı. Həmin vaxt “Ferrari” komandasının sürücüsü Şarl Leklerin bolidi zədələnmişdi.

Yeri gəlmişkən, qeyd edək ki, Bəhreyn Beynəlxalq Avtodromunda “Formula-1”in mövsümöncəsi testlərin son günü səhər sessiyasında İtaliyanın “Ferrari” komandasının pilotu Karlos Sayns birinci olub. İkinci yerdə “Red Bull” komandasının pilotu Serxio Peres qərarlaşıb. İlk üçlüyü “Mersedes”i təmsil edən Lyuis Hemilton tamamlayıb. Axşam sessiyasında “Uilyams”dan başqa digər komandalarda sürücülər dəyişəcəklər. 

Bəhreyndə “Formula-1”in mövsümöncəsi testləri. Üçüncü gün. Səhər sessiyası:

1. Karlos Sayns (“Ferrari”) - 1:31,247 (67 dövrə).

2. Serxio Peres (“Red Bull”) - +0,236 (51).

3. Lyuis Hemilton (“Mersedes”) - +0,752 (49).

4. Lens Stroll (“Aston Martin”) - +0,791 (46).

5. Lando Norris (“Maklaren”) - +0,861 (20).

6. Aleksander Albon (“Uilyams”) - +1,336 (35).

7. Kevin Maqnussen (“Haas”) - +1,806 (80).

8. Esteban Okon (“Alpin”) - +1,832 (55).

9. Valtteri Bottas (“Steyk”) - +2,281 (28).

10. Daniel Rikkardo (“Visa RB”) - +5,768 (70).

Mənbə: Championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri