Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mikayıl Cabbarov İtaliyada bir sıra görüşlər keçirib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyaya səfəri çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişaf imkanları müzakirə edilib.
Oxu.Az bildirir ki, İtaliyaya səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb. Bildirilib ki, Azərbaycan və İtaliya çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Görüşdə ölkəmizin Şərqlə Qərbi birləşdirən mühüm ticarət marşrutu olan Orta Dəhlizin inkişafında rolu qeyd edilib, sahibkarlar üçün yaradılmış cəlbedici investisiya imkanları barədə məlumat verilib.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində çalışan İtaliya şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyəti vurğulanıb, işgüzar dairələr arasında tərəfdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələdir. Bununla yanaşı, Azərbaycan "yaşıl" enerjinin tədarükü, "yaşıl" hidrogen istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Görüşdə Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya "yaşıl enerji"nin ixracını nəzərdə tutan layihənin "yaşıl keçid"in dəstəklənməsində önəmi vurğulanıb.
Nazirlər, həmçinin COP29-un prioritetləri, qlobal miqyasda faydaları və potensial tərəfdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.
İqtisadiyyat naziri İtaliyanın kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri cənab Françesko Lollobrigida ilə də görüş keçirib.
Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrinə cəlb olunması möhkəm iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Xüsusilə, kənd təsərrüfatı, aqrar maşınqayırma, irreqasiya sahələrində İtaliyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və bu istiqamətdə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Görüşdə dayanıqlı iqtisadi artım, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təminatı üzrə hədəflər müzakirə olunub. Tərəflər bu istiqamətdə tərəfdaşlığı inkişaf etdirmək və mövcud potensialı reallığa çevirmək niyyətini ifadə ediblər.
16:11
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin Kənd Təsərrüfatı, Ərzaq Suverenliyi və Meşə Təsərrüfatı Nazirliyinin rəhbəri ilə görüşüb.
Oxu.Az bildirir ki, bununla bağlı M.Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.
"İtaliyanın kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri cənab Françesko Lollobricida ilə dayanıqlı iqtisadi artım, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təminatı üzrə hədəfləri müzakirə etdik.
Bu istiqamətdə tərəfdaşlığı inkişaf etdirmək və mövcud potensialı reallığa çevirmək niyyətindəyik", - deyə nazir qeyd edib.
#İtaliya-nın kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri cənab Françesko Lollobrigida (@FrancescoLollo1) ilə dayanıqlı #iqtisadi artım, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təminatı üzrə hədəfləri müzakirə etdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 18, 2024
Bu istiqamətdə tərəfdaşlığı… pic.twitter.com/tuHFMyiHUl
İtaliyada səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin "Made in İtaly" naziri Adolfo Urso ilə görüşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.
"Biz cənab Adolfo Urso ilə birgə iqtisadi fəaliyyətlərin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Müzakirələrimiz İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətini, eləcə də sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələrində potensial layihələri əhatə etdi", - nazir yazıb.
We exchanged views on enhancing joint #economic activities with Mr. Adolfo Urso (@adolfo_urso), Minister of Enterprises and Made in #Italy (@mimit_gov).
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 18, 2024
Our discussions covered the activities of Italian companies in Azerbaijan and explored potential projects in #industry,… pic.twitter.com/RbS5l9Hiz9
İtaliya Respublikasında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya parlamentinin senatoru Culio Terzi ilə görüşüb.
Oxu.Az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd olunur ki, görüşdə Azərbaycan və İtaliya arasında uğurlu tərəfdaşlıq əlaqələrinin, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, enerji, nəqliyyat və sair istiqamətlərdə inkişaf etdirildiyi vurğulanıb.
Tərəflər iqtisadi əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıb və yeni təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.
İqtisadiyyat nazirinin İtaliya parlamentinin Xarici ticarət komitəsinin sədri Andrea Di Cüzeppe ilə görüşündə ticarət tərəfdaşlığının yüksək potensialı vurğulanıb, bu imkanların reallaşdırılması, xüsusilə, biznes subyektləri arasında əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması məsələləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, ölkəmizdə sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, o cümlədən Ələt Azad Ticarət Zonasında, sənaye zonalarında, işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunan güzəştlər İtaliya şirkətləri üçün də yeni və səmərəli biznes imkanları təqdim edir.
Mikayıl Cabbarov İtaliya Respublikasına səfəri çərçivəsində İtaliyanın Latsio regionunun prezidenti Françesko Rokka ilə görüşüb. Tərəflər Azərbaycan-İtaliya tərəfdaşlığı çərçivəsində Latsio regionu ilə qarşılıqlı maraq doğuran iqtisadi məsələləri və özəl sektorda birgə fəaliyyətin təşviqi üçün perspektivləri nəzərdən keçiriblər.
Görüş İtaliyanın biznes subyektlərinin təmsilçilərinin iştirakı ilə davam etdirilib. İşgüzar dairələr arasında sənaye, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat-logistika, aqrar və digər sahələrdə yeni tərəfdaşlıqların qurulmasına dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın və Latsio regionunun biznes və investisiya imkanlarına dair təqdimatlar nümayiş etdirilib.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarovdan Dünya İqtisadi Forumunun hesabatına dair paylaşım
- Mikayıl Cabbarov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə paylaşım edib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Mikayıl Cabbarov AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib
- İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib