24 
Fev
2020
12:34
60
137
5728
Virtual karabakh

Qonşu ölkələrdəki koronavirus təlaşı Azərbaycan turizmini “vuracaq”? - RƏSMİ AÇIQLAMA

24 Fev, 2020
12:34
5728

Qonşu ölkələrdəki koronavirus təlaşı Azərbaycan turizmini “vuracaq”? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Turizm Agentliyi İranda yayılan koronavirusun Azərbaycanın turizm bazarına təsiri ilə bağlı məsələyə münasibət bildirib.

DTA-nın mətbuat katibi Kənan Quluzadə Oxu.Az-a açıqlamasında bildirib ki, koronovirusla bağlı dünya turizm bazarındakı qlobal böhran Azərbaycanın turizm bazarına da təsir göstərə bilər:

“Agentliyin turizmlə bağlı verdiyi proqnozlar iki faktordan asılıdır. Bu, dünyada baş verən qlobal vəziyyətdən və Azərbaycanın sərhəd-keçid məntəqələrinə cavabdeh olan dövlət qurumlarının qərarlarından asılıdır.

Biz taktiki gedişlərimizi digər dövlət strukturlarının qərarları ilə uyğunlaşdırırıq. Ümid edirik ki, yaxın vaxtlarda dünyada qlobal vəziyyət dəyişəcək, dünya turizmi normal vəziyyətinə qayıdacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri