Sen
2022
21:40
391
17
3174
Virtual karabakh

İstanbuldan Mançesterə uçan təyyarədə körpə doğuldu - FOTO

5 Sen, 2022
21:40
3174

İstanbuldan Mançesterə uçan təyyarədə körpə doğuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk Hava Yollarının İstanbul-Mançester reysi ilə uçan nigeriyalı qadın sərnişin 10 min metr yüksəklikdə uşaq dünyaya gətirib.

Türkiyədən Böyük Britaniyaya “TK1991” reysi ilə səfər edən nigeriyalı sərnişin Nveke İfeomanın uçuş zamanı doğuş sancıları başlayıb.

Ekipaj üzvləri onu təyyarənin müvafiq hissəsinə aparıblar və qızını dünyaya gətirməsində qadına yardım ediblər. Körpə doğulandan sonra təyyarə Avstriyanın Vyana şəhərinə təcili eniş edib. Ana və uşağı xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinin vəziyyətinin yaxşı olduğu bildirilib.

Mənbə: Sabah

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri