Məktəb illəri, ömrümüzün ən şirin, qayğılı və duyğulu illəridir. Bu illərdə müəllimlərimiz bizə böyük həyatı öyrədir, gələcəkdə olan çətinliklərə hazırlayırlar. Elə bugün də minlərlə uşaq şagird adını qazandı.
Balacaların birinci sinfə getdikləri üçün sevindikləri onların gözlərindən oxunurdu.
Əllərində gül dəstələri öz sinif rəhbərlərinin yanında ilk sinif otaqlarına gedəcəkləri dəqiqələri gözləyirdilər. Şirin olduqları qədər də, ağıllı olan balacalar ilk dərs gününə olduqca hazırlıqlı gəlmişdilər.
Ən az birincilər qədər onların valideynləri də həyəcanlı idilər. İlk təhsil günü sanki şagirdlərin yox, elə valideynlərin Bilik günü idi. Gözlərində sevinc, qürur hissi keçirərək övladlarını məktəbə gətirmişdilər.
Birincilərin nümunəvi çıxışları onların istedadından xəbər verirdi. Müəllimlərin balacalara öyrətdikləri rəqslərini onlar böyük həvəslə yerinə yetirir, şerləri isə qürurla söyləyirdilər.
Və budur ilk zəng çalındı. Tədris ilini, elə birincilər özləri açıq elan etdilər.
Parta arxasında əyləşən birincilər müəllimlərini heç vaxt incitməyəcəklərinə və dərslərini çox yaxşı oxuyacaqlarına da söz verdilər.
Baku.TV-nin mövzu ilə əlaqədar hazırladığı reportajı təqdim edirik:
Dərsə gedən bir uşaq... - VİDEO
Xanlar Mehdiyev, Musa Vladimir/Baku TV
www.oxu.az
Rəylər