Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Messili "İnter Mayami" məğlubiyyətsizlik seriyasını doqquz matça çatdırdı
MLS çempionatının növbəti turunda "İnter Mayami" doğma meydanda "DC Yunayted"i qəbul edib.
Oxu.Az xəbər verir ki, Fort Lauderdeyldəki DVR stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qələbə qolunu 90+4-cü dəqiqədə Leonardo Kampana vurub.
Qeyd edək ki, hücumçular Lionel Messi və Luis Suares "İnter Mayami"də start heyətində yer alıblar.
Beləliklə də, İnter Mayami MLS-dəki məğlubiyyətsizlik seriyasını doqquz matça çatdırıb - üç heç-heçə və altı qələbə.
Hazırda MLS-in turnir cədvəlinə 31 xalla "İnter Mayami" başçılıq edir. Onun rəqibi isə 17 xalla turnir cədvəlinin 17-ci pilləsindədir.
Növbəti turda "İnter Mayami" "Vankuver Uaytkeps"lə, "DC Yunayted" isə "Çikaqo Fayr"la qarşılaşacaq.
"Lionel Messi" teqi üzrə xəbərlər
- "Çelsi"nin əfsanəsindən Messiyə GÖZLƏNİLMƏZ məsləhət
- Messi bu mövsüm ilk dəfə ardıcıl iki oyunda meydançanı qolsuz və məhsuldar ötürməsiz tərk edir
- Messi fanatların düşmənçiliyindən şikayətlənib
- Messi ən perspektivli 10 futbolçunu seçdi, aralarında türk də var
- Messi: "Qvardiola "Barselona"dakı işi ilə futbola böyük ziyan vurub"