Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayırlar
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatına start veriləcək.
Oxu.Az xəbər verir ki, yarışın ilk günü Azərbaycanın üç idmançısı tatami üzərinə çıxacaq.
Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) baş məşqçi Riçard Trautmanın etimadını doğrultmağa çalışacaqlar.
Qadınların yarışında isə ölkəmiz adına Leyla Əliyeva (48 kq) mübarizəyə start verəcək.
Qeyd edək ki, millimiz mundiala 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Çempionat mayın 19-dan 24-dək davam edəcək.
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- Ağ Ev: "BƏƏ ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar yatıracaq"
- Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
- Altı il həbs cəzası verilən futbolçu İSLAMI QƏBUL ETDİ
- Ölkə ərazisində qanunsuz ov edən ərəblər SAXLANILDILAR
- Zelenski Rusiya-ABŞ danışıqlarından sonra Ər-Riyada getməkdən imtina edib
Ən çox oxunanlar